Bank Of Baku

Sergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib

Sergey Strekalinin işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib
# 03 iyul 2008 16:25 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Günün ikinci yarısında Nəsimi rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, Aqil Xəlil prosesdə zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, ona bıçaqla Sergey Strekalin xəsarət yeriməyib. İfadə verən şəxs Sergey Strekalini ümumiyyətlə tanımadığını bildirib. Aqil Xəlil ittiham olunan şəxsi tanıması barədə istintaqa verdiyi ifadəsindən də imtina edib. Məhkəmə prosesi iyulun 7-də davam edəcək. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR