Bank Of Baku

Cəbhə xəttində növbəti atəşkəs pozuntuları qeydə alınıb

Cəbhə xəttində növbəti atəşkəs pozuntuları qeydə alınıb
# 04 iyul 2008 07:36 (UTC +04:00)
Bakı APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 3-də saat 16.50-dən 17.00-dək İcevan rayonunun Berkaber kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, iyulun 4-də saat 02.30-dan 03.00-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR