Bank Of Baku

Ermənilərlə əməkdaşlıqda ittiham olunan əsgərlərin apellyasiya şikayətinə iyulun 23-də baxılacaq

Ermənilərlə əməkdaşlıqda ittiham olunan əsgərlərin apellyasiya şikayətinə iyulun 23-də baxılacaq
# 04 iyul 2008 07:56 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin beş əsgərinin Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmündən verdikləri apellyasiya şikayətinə iyulun 23-də baxılacaq. Bu barədə APA-ya Şirvan şəhər Apellyasiya Məhkəməsindən məlumat verilib. Məlumata görə, prosesə hakim Əhməd Nurməmmədov sədrlik edəcək. Qeyd edək ki, məhkəmənin hökmü ilə Seyran İsmiyev və Mübariz Şıxəliyev 14 il, Nofəl Babayev, Saməddin Quliyev, Famil Ağayev isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR