Bank Of Baku

Sel suları Gəncə-Daşkəsən yolunun 10 kilometrliyində yerləşən körpünü uçurub

Sel suları Gəncə-Daşkəsən yolunun 10 kilometrliyində yerləşən körpünü uçurub
# 04 iyul 2008 08:28 (UTC +04:00)
Daşkəsən. Nəzakət Məşədiəliqızı-APA. Dünən axşam radələrində Daşkəsən rayonuna yağan güclü yağışlar bölgənin nəqliyyat infrastrukturunu iflic vəziyyətinə salıb. APA-nın Qərb bürosunun məlumatına görə, leysan və dolu yağması bölgədə güclü selə səbəb olub, sel suları Gəncə-Daşkəsən yolunun 10 kilometrliyində, Qızılca kəndi ərazisində yerləşən körpünü sıradan çıxarıb. Nəticədə ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıb. Təbii fəlakət nəticəsində rayonun bütün kəndlərinin yollarına ciddi ziyan dəyib. Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR