Bank Of Baku

Bakıda toyuq ətindən kütləvi zəhərlənmələr baş verib

Bakıda toyuq ətindən kütləvi zəhərlənmələr baş verib
# 04 iyul 2008 09:26 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Yay mövsümü ilə əlaqədar Azərbaycan paytaxtında qidadan zəhərlənmə halları artıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, son vaxtlar gün ərzində zəhərlənmə ilə bağlı 15-20 müraciət daxil olur. O, toyuq ətindən zəhərlənmələrə daha çox rast gəlindiyini deyib. Bir neçə gün əvvəl Bakıda toyuq ətindən qaynaqlanan kütləvi zəhərlənmə halına təsadüf edildiyini söyləyən R. Nağıyevin sözlərinə görə, Zığ qəsəbəsində yerləşən müəssisələrdən birində toyuq ətindən hazırlanan dönərdən 9 nəfər zəhərlənib. Türkan kəndində yerləşən daş karxanasında çalışan 7 fəhlə də toyuq əti yedikdən sonra özünü pis hiss edib. Hər iki halda zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər. Qida zəhərlənmələri ilə bağlı ölüm faktı hələlik qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR