Bank Of Baku

Azərbaycanın Quba rayonundakı kütləvi məzarlıqda aşkarlanan insan kəllələrinin sayı 195-ə çatıb

Azərbaycanın Quba rayonundakı kütləvi məzarlıqda aşkarlanan insan kəllələrinin sayı  195-ə çatıb
# 04 iyul 2008 09:45 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım nəticəsində yaranan Qubadakı kütləvi məzarlıqdan aşkar edilən insan kəllələrinin sayı 195-ə çatıb. Ərazidə arxeoloji qazıntılar aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev APA-ya üzə çıxarılan son kəllənin 40-50 yaşlarında kişiyə aid olduğunu deyib: “Ərazi insan sümükləri ilə doludur, biz sonuncu insan kəlləsini üzə çıxarana qədər tədqiqatlarımızı davam etdirəcəyik. Bunu əraziyə gələn dövlət və hökumət nümayəndələrinə, Azərbaycan parlamentinin deputatlarına da bildirmişik. Son vaxtlar tədqiqatlarımıza beynəlxalq təşkilatların diqqəti artıb. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç dünən tədqiqatlarımızla tanışlıqdan sonra baş verənlərə məyus olduğunu bildirdi”. Q. Ağayev məzarlıqdakı insanların məhz 1918-ci il soyqırım qurbanları olduğunu təsdiqləyən faktların qonağa təqdim edildiyini söyləyib: “Ekspertiza bu skeletlərin 90 il əvvələ aid olduğunu təsdiqləyir. Aşkar edilən insan kəllələri isə qətlə yetirilənlərin xüsusi qəddarlıqla öldürüldüyünü üzə çıxarır. Kəllələrin üzərində balta, mismar izləri, xüsusi işgəncə əlamətləri aydın görünür. Bütün bu faktlar tarixi materiallar və şahid ifadələri ilə tutuşdurulur və bir daha təsdiqlənir ki, azərbaycanlılara qarşı bu soyqırımı məhz ermənilər həyata keçirib”. Ekspedisiya rəhbərinin sözlərinə görə, hazırda sökülən evin altında aparılan qazıntılardan sonra məzarlıqdakı insan sümükləri ilə dolu iki quyuda tədqiqat aparılacaq: “Quyuların beynəlxalq nümayəndə və kütləvi informasiya vasitələrinin iştirakı ilə açılması nəzərdə tutulur. Ərazidəki bütün insan sümükləri üzə çıxarılıb təmizlənəndən sonra yaradılacaq şüşə muzeydə nümayiş ediləcək. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə burada hündür qüllənin tikintisi də nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR