Bank Of Baku

Leysan yağışları Göygölün Danayeri kəndində süni su anbarının bəndlərini dağıdıb

Leysan yağışları Göygölün Danayeri kəndində süni su anbarının bəndlərini dağıdıb
# 04 iyul 2008 10:13 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı-APA. Dünən gecə Azərbaycanın Qərb bölgəsinə yağan leysan yağışları Göygöl və Daşkəsən rayonlarına ciddi ziyan vurub. APA-nın Qərb bürosunun məlumatına görə, Göygöl rayonunun Yalıqışlaq və Danayeri kəndləri təbii fəlakətdən daha çox əziyyət çəkib. Leysan yağışları nəticəsində Danayeri kəndində yaradılmış süni su anbarının bəndlərindən biri uçub və anbardakı su bütünlüklə kəndin əkin sahələrinə, evlərin zirzəmilərinə axıb. Güclü su axını həmçinin Daşkəsən magistral yolunun su keçidində tıxac əmələ gətirib. Nəticədə yolun alt istinad divarının təqribən 300 metri sıradan çıxıb. Güclü sel həmçinin Daşkəsən rayonunun bütün kəndlərinə ciddi ziyan vurub, əksər kəndlərdə mal-qaranı sel aparıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR