Bank Of Baku

Sabiq briqada komandiri Rasim Muradovun cəzası 5 ilə endirilib

Sabiq briqada komandiri Rasim Muradovun cəzası 5 ilə endirilib
# 04 iyul 2008 10:38 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı Apellasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə Müdafiə Nazirliyinin Mühafizə Briqadasının keçmiş komandir müavini, polkovnik leytenant Rasim Muradovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, R. Muradovun apellyasiya şikayətinin qismən təmin olunması ilə bağlı qərar çıxarılıb. R. Muradov barəsində Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin çıxardığı 8 illik cəza müddəti 5 ilə endirilib.
Qeyd edək ki, apellyasiya şikayətində R. Muradovun barəsində bəraət qərarının çıxarılması xahiş edilib.
Onu da xatırladaq ki, keçmiş briqada komandiri Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar törədilməklə rüşvət alma) maddəsi ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR