Bank Of Baku

Azərbaycan istehlak səbətinin strukturunu dəyişdirir

Azərbaycan istehlak səbətinin strukturunu dəyişdirir
# 04 iyul 2008 12:09 (UTC +04:00)
H.Babayevin sözlərin görə, hər üç ildən bir istehlak səbətinin strukturuna baxılır və artıq bu proses tamamlanmaq üzrədir: “Sonuncu dəfə istehlak səbəti minimum 2258 kkal səviyyəsində müəyyən olunub. Bu inkişaf etmiş ölkələrlə müqayisədə bir qədər azdır. Aparılan işlər və təkliflər nəzərə alınmaqla bunu 2400-2500 kkal-a çatdırmaq istəyirik”.
Nazir bildirib ki, istehlak səbətinin strukturunda xidmətlər sahəsində də dəyişikliklər gözlənir: “Ötən il minimum istehlak səbətinin dəyəri 69,1 manat müəyyən olunmuşdu. Bu il isə həmin göstərici 70 manat səviyyəsində təsdiq olunub”.
H.Babayevin sözlərinə görə, istehlak səbətinə İnternet və informasiya mənbələri ilə bağlı yeni xidmətlərin daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki,
İstehlak səbətinin strukturuna yenidən baxılması üçün İqtisadi İnkişaf Nazirliyində müxtəlif dövlət qurumları və Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. Konfederasiya istehlak səbətinin strukturuna daxil olan ərzaq, qeyri-ərzaq məhsullarının çeşidlərini genişləndirməyi, normaları artırmağı təklif edir.
Xatırladaq ki, bu ilin aprel ayının 1-nə Azərbaycanda əmək qabiliyyətli insanlar üçün istehlak səbətinin dəyəri 138 manat, pensiyaçılar üçün 78,3 manat, uşaqlar (0-15 yaş) üçün 88,3 manat səviyyəsində müəyyənləşdirilib. Orta hesabla adambaşına düşən istehlak səbətinin dəyəri isə 122 manat təşkil edib.
Bu yaxınlarda isə Azərbaycan parlamenti yaşayış minimumunun 45 manatdan 55 manatadək və ya 18,2% artırılmasına dair qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR