Bank Of Baku

Hindistanda 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirib

Hindistanda 70 yaşlı qadın əkiz uşaq dünyaya gətirib
# 04 iyul 2008 12:37 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov-APA. Hindistanda 70 yaşlı Omkari Panvar adlı qadın dünyaya əkizlər gətirib. APA-nın məlumatına görə, oğlan və qız vaxtından 1 ay tez doğulublar. Həkimlər qadının üzərində Qeysər kəsiyi əməliyyatı aparıblar. Hazırda körpələri inkubatora yerləşdiriblər. Qeyd edək, ki O. Panvar və onun həyat yoldaşında artıq 2 qızı və 5 nəvəsi var. Lakin onlar həmişə oğlan uşağı arzulayıblar. Hazırda Ginnesin rekordlar kitabına görə, dünyada ən yaşlı ana rumın Adriane İliesku sayılır. 66 yaşında ikən onun qızı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR