Bank Of Baku

Elçin Behbudov bu gün Qənimət Zahid, Müşfiq Hüseynov və Natiq Əfəndiyevlə görüşüb

Elçin Behbudov bu gün Qənimət Zahid, Müşfiq Hüseynov və Natiq Əfəndiyevlə görüşüb
# 04 iyul 2008 12:40 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində olub. Komitə sədri APA-ya bildirib ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Onun sözlərinə görə, M. Hüseynov saxlanma şəraitindən, ona olan münasibətdən hər hansı narazılıq etməyib. 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq polis rəisi Natiq Əfəndiyevlə görüşdüyünü bildirən E. Behbudov deyib ki, məhbus boynunda ağır formalı dəri xəstəliyinin əmələ gəldiyini deyib: “Natiq Əfəndiyev bildirdi ki, həmin xəstəliyin Azərbaycanda müalicəsi yoxdur. Məhbus ABŞ-da yaşayan oğlanları ilə telefonla danışmasına icazə verilmədiyini də dedi. Mən bunu müəssisə rəisinin nəzərinə çatdırdım”. Komitə sədri 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə də görüşüb. Onun saxlanma şəraitindən narazılığının olmadığını bildirən E. Behbudov deyib ki, baş redaktor görmə qabiliyyətinin zəifləməsindən, ayaqlarında olan revmatizm ağrılarından şikayətlənib. Komitə sədri jurnalistin ibadətlə məşğul olduğunu, ingilis dilini öyrəndiyini deyib. Hüquq müdafiəçisi aparılan abadlıq işlərinə və məhkumlar üçün yardımçı təsərrüfat yaradılmasına görə müəssisə rəisi Eyvaz Əsgərova minnətdarlıq etdiyini də qeyd edib. Onun sözlərinə görə, müəssisədəki yardımçı təsərrüfatda tərəvəz becərilir və məhsuldan məhkumların istifadəsi üçün şərait yaradılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR