Bank Of Baku

Narkoman məhkumlar üçün müalicə müəssisəsinin tikilməsi ilə bağlı yer axtarılır

Narkoman məhkumlar üçün müalicə müəssisəsinin tikilməsi ilə bağlı yer axtarılır
# 04 iyul 2008 13:10 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovla görüşüb. Komitə sədri APA-ya bildirib ki, görüşdə cəzaçəkmə müəssisələrindəki durum, məhkumların ona etdikləri müraciətlərlə bağlı müzakirələr aparılıb. Komitə sədri nazir müavini ilə narkomaniyadan əziyyət çəkən məhkumlar üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinin tikilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını da bildirib: “Nazim Ələkbərov dedi ki, artıq belə bir müəssisəsinin tikilməsi nəzərdə tutulub və hazırda bina üçün yer axtarılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR