Bank Of Baku

Rusiyada vertolyot qəzaya uğrayıb, ölən və yaralananlar var

Rusiyada vertolyot qəzaya uğrayıb, ölən və yaralananlar var
# 04 iyul 2008 13:35 (UTC +04:00)
Noyarsk-APA. Bu gün səhər radələrində Nijnevartovsk Varqinsk istiqamətində hərəkət edən Mİ-8 vertolyotu qəzaya uğrayıb. APA-nın məlumatına görə, qəza nəticəsində vertolyotda olan 16 nəfərdən 9-u həlak olub, 7 nəfər isə yaralanıb. Həlak olanların hamısı “Servisnaya Buravaya kompaniya” şirkətinin əməkdaşlarıdır. Şirkətdən APA-ya bildirilib ki, qəzada dünyasını dəyişənlər arasında soydaşımız, 1962-ci il təvəllüdlü Allahverdiyev İmalat Əhməd oğlu da var. Qəzanın səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR