Bank Of Baku

İrkutskda baş verən atışmada bir azərbaycanlı öldürülüb, bir soydaşımız isə yaralanıb

İrkutskda baş verən atışmada bir azərbaycanlı öldürülüb, bir soydaşımız isə yaralanıb
# 04 iyul 2008 13:42 (UTC +04:00)
İrkutsk-APA. İrkutsk yaxınlığında baş verən atışmada 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı öldürülüb. APA-nın məlumatına görə, insident Anqara çayı yaxınlığında istirahət edən üç azərbaycanlı ilə yerli sakin arasında baş verib. Azərbaycanlılarla mübahisə edən içkili İrkutsk sakini maşından ov tüfəngini götürərək soydaşlarımıza atəş açıb. Nəticədə azərbaycanlılardan biri ölüb, digəri yaralanıb. Yaralı təcili xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirir. Azərbaycanlını güllələyən İrkutsk sakini könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR