Bank Of Baku

2002-ci ildə müəmmalı şəkildə ölən qadının atası qətldə kürəkənini ittiham edir

2002-ci ildə müəmmalı şəkildə ölən qadının atası qətldə kürəkənini ittiham edir
# 04 iyul 2008 14:40 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. 2002-ci il fevral ayının 14-də müəmmalı şəkildə ölən Pərvin Feyzullayevanın atası Fəxrəddin Feyzullayev mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, mərhumun atası qətlin P. Feyzullayevanın həyat yoldaşı Rəşad Əlipənah oğlu Əliyev tərəfindən törədildiyini bildirib: “Onlar ailə qurandan sonra Pərvin Rəşadın narkotik maddələrə aludə olduğunu bilib, amma ailəsinin dağılmaması üçün bu barədə valideynlərinə məlumat verməyib. Ailə qurduqları ilk aylarda Rəşadla Pərvin arasında dəfələrlə münaqişə olub və o, həmin münaqişələrdən birində qızımı öldürüb”. F. Feyzullayev deyib ki, kürəkəni qətli törətdikdən sonra cinayəti ört-basdır etmək məqsədilə meyitin üstünə qaynar su töküb: “Hadisə yerinə təcili yardım gələndə qızımın guya dəm qazından boğulduğunu söyləyiblər. Müstəntiq gələnə kimi onlar hadisə yerini silib təmizləyərək izi itiriblər. Kürəkənimin atası Əlipənah Əliyev və onu yoldaşı Xatirə Əliyeva tibb işçiləri olduqları üçün meyiti müayinə etdirmədən saxta rəy alıblar”. F. Feyzullayevin sözlərinə görə, hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan R. Əliyevin həbsdən azad olunması üçün Nəsimi Rayon Məhkəməsinə müracət edilib: “Qohumları onu psixi xəstə adı ilə həbsdən azad etməyə çalışırlar. İş Nəsimi Rayon Məhkəməsindədir. Rəşad Əliyevin psixi xəstə olması barədə məhkəməyə saxta rəy verilib. Bu, Rəşad Əliyevin məsuliyyətdən azad edilməsinə cəhddir”.
Qeyd edək ki, R. Əliyev narkotik vasitələrin satışında və saxlanmasında təqsirli bilinir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR