Bank Of Baku

Narkotik maddələrin satışı ilə məşğul olan Astara sakini yaxalanıb

Narkotik maddələrin satışı ilə məşğul olan Astara sakini yaxalanıb
# 05 iyul 2008 08:06 (UTC +04:00)
Astara. Ağaddin Babayev-APA. Astara rayon Polis Şöbəsi əməkdaşlarının operativ əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini həbs olunub. Bu barədə APA-nın Cənub bürosuna RPŞ-nin rəis müavini Arzu Hacıyev məlumat verib. Onun sözlərinə görə, uzun müddət narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan rayonun Ərçivan kənd sakini, 1972-ci il təvəllüdlü Akif Məhəmmədhəsən oğlu Kərimov narkotik vasitə sayılan 1 qram heroini şərti alıcıya satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Əməliyyat-istintaq tədbirləri zamanı müəyyənləşdirilib ki, saxlanılan şəxs özü də narkotik vasitələrin aludəçisidir. Hazırda onun kimlərlə cinayət əlaqəsində olması, satdığı narkotik vasitələrin mənbəyi və bu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində araşdırma aparılır. Fakt üzrə Astara RPŞ-də Cinayət Məcəlləsinin 134.2 maddəsi ilə cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR