Bank Of Baku

Bakı-Qazax magistralında ağır yol qəzası baş verib

Bakı-Qazax  magistralında ağır yol qəzası baş verib
# 05 iyul 2008 08:27 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynalov-APA. Bakı-Qazax magistralının 141-ci kilometrliyində ağır yol qəzası baş verib. Hacıqabul rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyulun 4-də saat 22.30 radələrində Ucar rayonunun Gəraybəyli sakini Quliyev Cabbar Davud oğlu idarə etdiyi “Mersedes” markalı 10-XG-425 dövlət nömrə nişanlı avtomaşını böyük sürətlə hərəkət edərkən aşırıb. Nəticədə avtomobildə olan sərnişin, Zərdab rayonunun Əlibəyli kənd sakini, 1962-ci il təvəllüdlü Mikayılov Vəli Mikayıl oğlu hadisə yerində keçinib. Digər sərnişin - Ucar rayon sakini, 1963-ci il təvəllüdlü Müslümov Zöhrab Əjdər oğlu boyun fəqərəsinin yerini dəyişmiş sınığı və aşağı ətrafın iflici xəsarəti ilə ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına, sonra isə Bakı şəhərinə aparılıb. Avtomobildə olan digər iki sərnişin isə həyatları üçün təhlükəli olmayan xəsarətlər alıblar. Faktla bağlı Hacıqabul rayon Polis şöbəsində tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR