Bank Of Baku

Tanınmış jurnalist Məmməd Nazimoğlu koma vəziyyətində xəstəxanaya aparılıb

Tanınmış jurnalist Məmməd Nazimoğlu koma vəziyyətində xəstəxanaya aparılıb
# 05 iyul 2008 09:18 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Azərbaycanın tanınmış jurnalisti, 49 yaşlı Məmməd Nazimoğlu bu gün ağır vəziyyətdə xəstəxanaya aparılıb. Yaxınlarının APA-ya verdiyi məlumata görə, 4 nömrəli şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Məmməd Nazimoğlu hazırda koma vəziyyətindədir. Qeyd edək ki, Məmməd Nazimoğlu qaraciyərində yaranmış problemlə əlaqədar mayın 23-də İstanbul Memorial Xəstəxanasına aparılmışdı. Orda müayinə və müalicə kursu keçəndən sonra vətənə qayıdan jurnalist müalicəsini Ağdaşda davam etdirirdi. Dünən Bakıya qayıdan jurnalistin halı bu səhər qəfildən pisləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR