Bank Of Baku

Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yeni İdarə Heyəti seçilib

Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin yeni İdarə Heyəti seçilib
# 05 iyul 2008 10:27 (UTC +04:00)
Ələddin Cəfərov çıxışında Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, qurumun fəaliyyəti barədə danışıb. Birlik sədri islahatlar çərçivəsində Dünya Bankı ilə Azərbaycan Ədliyyə Nazirliyi arasında məhkəmələrin müasirləşdirilməsi layihəsinin həyata keçirildiyini nəzərə çatdırıb. Onun sözlərinə görə, layihəyə uyğun olaraq Azərbaycanda 17 yeni məhkəmə binasının tikilməsi, bir sıra məhkəmə binalarının təmiri nəzərdə tutulub. Ə. Cəfərov hazırda İctimai Birliyin 185 üzvünün olduğunu deyib. O, birlik üzvlərinin aylıq üzvlük haqlarının 5 manat olduğunu nəzərə çatdırıb və qeyd edib ki, hazırda hesabda 6575 manat vəsait toplanıb ki, bu da qurumun tədbirlərinin keçirilməsinə sərf olunacaq.

Daha sonra İctimai Birliyinin sədri və qurumun İdarə Heyətinin üzvləri seçilib. Ə. Cəfərov yenidən İctimai Birliyinin sədri seçilib. Birlik üzvlərinin sayının artmasını nəzərə alan yığıncaq iştirakçıları İdarə Heyəti üzvlərinin sayının 7-dən 9-a çatdırılması təklifini dəstəkləyiblər. Birliyin 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Nəsimi rayon Məhkəməsinin hakimi Aygün Abdullayeva, Gəncə Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov, Əzizbəyov rayon Məhkəməsinin hakimi Rəşad Həsənov, Şəmkir rayon Məhkəməsinin sədri Qafil Baxşıyev, Siyəzən rayon Məhkəməsinin sədri İlqar Quliyev, Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov, Kəpəz rayon Məhkəməsinin hakimi Toğrul Əliyev, Nizami rayon Məhkəməsinin hakimi Şahin Atakişiyev, Naxçıvan məhkəməsinin hakimi Əli Allahverdiyev İdarə Heyətinə üzv seçiliblər.

Daha sonra toplantı iştirakçıları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi layihəsi ilə bağlı müzakirələr aparıblar. Birliyin üzvü Elçin Qurbanov qurumun məcəllə ilə bağlı təkliflər layihəsi barədə məlumat verib. Təkliflər üzərində iş aparmaq üçün İşçi Qrupun yaradılması qərara alınıb. Toplantıda məhkəmələrdə yeni informasiya texnologiyalarından istifadə olunması barədə məsələ də müzakirə olunub. Birlik üzvü, Nəsimi rayon Məhkəməsinin sədri Ağamalı Qafarov məhkəmələrdə elektron baza proqramlarının yaradılması barədə məlumat verib. Onun sözlərinə görə, yeni elektron baza proqramı məhkəmələrə daxil olan işlərin qeydiyyatını, hakimlərin icraatında olmasını, nəticələri, işlərlə bağlı verilən apelyasiya, kassasiya şikayətləri barədə məlumatları özündə əks etdirməyə imkan verir. Birlik üzvü deyib ki, hazırda Bakı məhkəmələrindən bəziləri bu proqramla işləsələr də, bir sıra məhkəmələr (Qaradağ, Səbayel, Nizami) indiyə kimi müasir sistemdən istifadə etmirlər. Birlik rəhbərliyi bütün məhkəmələrin bu proqramdan istifadə etməsinin zəruriliyi barədə tövsiyələrini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR