Bank Of Baku

Qazaxıstanda Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin yığıncağı keçiriləcək

Qazaxıstanda Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin yığıncağı keçiriləcək
# 05 iyul 2008 10:49 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin oktyabr-noyabr aylarında Xəzəryanı dövlətlərin məhkəmə hakimləri ictimai birliklərinin Qazaxıstanın Aktau şəhərində yığıncağı keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov qurumun bu gün keçirilən toplantısında bildirib. Onun sözlərinə görə, sədri olduğu birlik də toplantıya dəvət olunub. Ə. Cəfərov deyib ki, toplantının iyun ayında keçirilməsi nəzərdə tutulsa da, İran İslam Respublikasının təklifi ilə vaxt dəyişdirilib. Toplantıda Xəzəryanı dövlətlərin hakimlərinin ictimai birlikləri arasında əməkdaşlıq məsələlərinin müzakirə olunması, memorandum imzalanması nəzərdə tutulub. Ə. Cəfərov deyib ki, sədri olduğu qurum Beynəlxalq Hakimlər Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində sentyabr ayında keçiriləcək toplantısına müşahidəçi qismində dəvət olunub. Onun sözlərinə görə, toplantı iştirakçılarının Eçmiəzdində yerləşən dini mərkəzə, 1915-ci ildə həlak olan ermənilərin xatirəsinə ucaldılan “soyqırımı” abidəsinə ziyarətlərinin də təşkili nəzərdə tutulub. Birlik sədri belə bir toplantıda iştirak edib-etməmək barədə müzakirələr aparılandan sonra qərar veriləcəyini bildirib. Ə. Cəfərov deyib ki, sədri olduğu birlik Beynəlxalq Hakimlər Birliyinə üzv olmaq üçün iki il əvvəl müraciət etsə də, qurumun toplantısına iki ildən sonra müşahidəçi qismində dəvət alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR