Bank Of Baku

Şəkidə yerli sakinləri aldadaraq onların kartı ilə bankomatlardan pul çıxaran şəxs həbs olunub

Şəkidə yerli sakinləri aldadaraq onların kartı ilə bankomatlardan pul çıxaran şəxs həbs olunub
# 05 iyul 2008 11:22 (UTC +04:00)
Şəki-APA. Şəkidə şəhər sakinlərini aldadaraq onların kartı ilə bankomatdan pul çıxaran şəxs həbs olunub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, mayın 23-də naməlum şəxs Şəki şəhər sakini Həqiqət Əhmədovanın etimadını qazanaraq onun 62 manatını bankomatdan çıxarıb. Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Təbriz Məcidov tutulub. Aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 22-də Şəki şəhər sakini Fikriyyət Muxtarovanın da etimadını qazanaraq onun 62 manatını bankomatdan çıxarması müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR