Bank Of Baku

Tovuzçay su anbarı ərazisində arxeoloji tədqiqatlar zamanı son tunc, ilk dəmir dövrünə aid nekropollar aşkarlanıb - FOTOSESSİYA

Tovuzçay su anbarı ərazisində arxeoloji tədqiqatlar zamanı son tunc, ilk dəmir dövrünə aid nekropollar aşkarlanıb - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 05 iyul 2008 11:55 (UTC +04:00)
Tovuz rayonunun Qazqulu kəndi ərazisində aparılan arxeoloji araşdırmalar nəticəsində orta əsrlərə dair türbələr və son tunc, ilk dəmir dövrünə aid nekropollar aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndələrinin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 2 hektara yaxın ərazidə 2 türbə, 12 türbə qalığı, 14 qəbir abidəsi, 36 yazılı epitafiya, müsəlman qəbiristanlığı və orta əsrlər dövrünə aid iki yaşayış məskəni aşkar edilib. Tovuzçay su anbarı ərazisində türbə və son tunc ilk dəmir dövrünə aid nekropolları suyun altında qalma təhlükəsi gözlədiyindən Arxeoloqlar sözügedən abidələrin təhlükəsiz əraziyə köçürülməsini vacib hesab edirlər. Hazırda tarixi birinci minilliyədək gedib çıxan nekropollarda tədqiqatlar aparılar. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Şamil Nəcəfov bildirib ki, nekropolda aparılan qazıntılar zamanı bəzi qəbirlərdə dağılma izlərinə də rast gəlinir: "Qəbirlərdə aşkar olunan skeletlər əsas etibarilə yarım dağılmış vəziyyətdədir. Nekropollarda həmin dövrə aid çoxlu maddi mədəniyyət nümunələri aşkar edilərək götürülüb. Tapıntılar əsas etibarilə həmin dövrün məişət əşyalarından silah nümunələrindən, bəzək əşyalarından ibarətdir". Nekropollarda qazıntılar bu ayın sonlarında yekunlaşacaq. Əldə olunan arxeoloji materiallar institutun fondunda inventarlaşdırılacaq.



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR