Bank Of Baku

Tərtər sakini həmkəndlisinə 5 bıçaq zərbəsi vurub

Tərtər sakini həmkəndlisinə 5 bıçaq zərbəsi vurub
# 06 iyul 2008 18:02 (UTC +04:00)
Tərtər.Teymur Zahidoğlu-APA. Bu gün Tərtər rayon Qapanlı kəndində münaqişə baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, kənd sakini Hüseynov Əvəz Səfər oğlu şəxsi mübahisə zəminində həmkəndlisi Nəbi Əliyevə 5 bıçaq zərbəsi vurub. Yaralı Tərtər rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan N. Əliyevin vəziyyətinin ağır olduğu, çoxlu qan itirdiyi deyilib.
Hadisəni törətmiş Ə. Hüseynov əvvəlcə polisdən qaçmağa müvəffəq olsa da, Tərtər polisinin apardığı əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırma başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR