Bank Of Baku

Gəncədə yanğın baş verib

Gəncədə yanğın baş verib
# 07 iyul 2008 07:35 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə şəhəri, “DOS” qəsəbəsində yerləşən 101 saylı evin iki mənzilində yanğın baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, ilk öncə yanğın “27 a” ünvanlı mənzildə başlayıb, sonra alov qısa müddətdə qonşu evə keçib. Gəncə şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rahib Nadirovun APA-ya verdiyi məlumata görə, 126 kvadrat metr sahəyə ciddi ziyan dəyib, hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb olunub. Mənzillərdən biri tamamilə yanıb, digərinə isə qismən ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğına elektrik xəttində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR