Bank Of Baku

Yanvar-iyun aylarında Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 774 müraciət daxil olub

Yanvar-iyun aylarında Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 774 müraciət daxil olub
# 07 iyul 2008 10:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu ilin altı ayı ərzində Azərbaycan Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 774 müraciət daxil olub. Məhkəmədən APA-ya verilən məlumata görə, şikayətlərdən 189-u palatalara hakimlərin müzakirəsinə təqdim olunub. Onlardan 137 şikayətin məhkəmənin icraatına qəbul olunmaması, 6-nın isə qəbul edilməsi barədə qərarlar qəbul edilib. Hazırda şikayətlərdən 46-sı palatalar tərəfindən araşdırılır. Məhkəməyə edilən 159 şikayətin isə düzgün tərtib olunmaması barədə vətəndaşlara məlumatlar verilib və onlara təkrar müraciət etmək hüququ izah olunub. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmayan 235 ərizə və şikayət isə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR