Bank Of Baku

Sergey Strekalinin məhkəməsi şahid ifadələri ilə davam etdirilib

Sergey Strekalinin məhkəməsi şahid ifadələri ilə davam etdirilib
# 07 iyul 2008 10:58 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə Aqil Xəlilin vəkili Elçin Sadıqov Ağa Cəfərli, Vidadi Məmmədov və Hafiz Cəbrayılovun məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Daha sonra prosesdə hal şahidi qismində Natiq Mürsəlov, Rauf Cavadov ifadə verib. S. Strelkalinin sürücüsü Eldar Rəsulov A. Xəlilin martın 13-də A. Xəlilin bıçaqlanması barədə ifadə verib. Əməliyyat müvəkilləri Azər Məmmədov və Fuad Beydullayev ifadə verəndən sonra məhkəmə prosesi iyulun 9-na kimi təxirə salınıb. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ilə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR