Bank Of Baku

Bakıda baş verən iki yol-nəqliyyat hadisəsində iki nəfər ölüb

Bakıda baş verən iki yol-nəqliyyat hadisəsində iki nəfər ölüb
# 07 iyul 2008 12:22 (UTC +04:00)
Bakı. Almaz Heydərova-APA. İyulun 6-da saat 00.30 radələrində Nizami rayonunun Keşlə qəsəbəsində, qəsəbə sakini İdrak Talıbovun idarə etdiyi "Hyundai" markalı və Bakı şəhər sakini Kamran Cəlilovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticəsində ağır xəsarət alan İdrak Talıbov xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır. Həmin gün ölümlə nəticələnən başqa bir yol-nəqliyyat hadisəsi Nərimanov rayonu ərazisində baş verib. Saat 09.25 radələrində Nərimanov rayonundakı Ə. Əlizadə küçəsində, Rəsulzadə qəsəbə sakini Elçin Əliyevin idarə etdiyi "Leksus" markalı və Bakı şəhər sakini Əfqan Salamovun idarə etdiyi "Reno" markalı avtomaşınlar toqquşub. Nəticədə ağır xəsarət alan Ə. Salamov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etməm mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR