Bank Of Baku

Şəmkir və Qubada ölümlə nəticələnə yol qəzaları baş verib

Şəmkir və Qubada ölümlə nəticələnə yol qəzaları baş verib
# 07 iyul 2008 12:25 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İyulun 6-da saat 10.30 radələrində Şəmkir rayonunun Şiştəpə kəndində, kənd sakini Xəyyam Sadıqov "Lanos" markalı avtomaşını idarə edərkən həmkəndlisi Loğman Qasımovu vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarət almış L. Qasımov xəstəxanaya aparılarkən yolda ölüb. Şəmkir rayon Polis Şöbəsi tərəfindən faktla bağlı araşdırmalar aparılır. Elə həmin gün Quba rayonunda ölümlə nəticələnən Saat 15.00 radələrində Quba rayonunda, rayon sakini Azər Aslanovun idarə etdiyi "VAZ-21105" markalı və 1-ci Nügədi kənd sakini Qoşqar Quraişovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşması nəticəsində xəsarət alan Q. Quraişov və sərnişini, həmkəndlisi Məhəmmədəli Ağayev, A. Aslanovun sərnişini, həmyerlisi Təranə Aslanova xəstəxanaya yerləşdiriliblər. M. Ağayev xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Quba rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR