Bank Of Baku

Ədliyyə orqanlarına işə qəbulla bağlı sənəd verilməsinin müddəti uzadılıb

Ədliyyə orqanlarına işə qəbulla bağlı sənəd verilməsinin müddəti uzadılıb
# 07 iyul 2008 12:31 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan edilən müsabiqə üzrə sənəd qəbulunun müddəti uzadılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən iyun-avqust aylarında respublika ali məktəblərinə bakalavr və magistratura pillələrinə və orta ixtisas məktəblərinə qəbulla bağlı test imtahanlarının keçirilməsi ilə əlaqədar ədliyyə orqanlarına namizədlərlə test imtahanının həmin dövrdə keçirilməsi mümkün olmayacaq. Bununla əlaqədar, habelə vətəndaşların müraciətlərini nəzərə alaraq nazirlik müsabiqədə iştirak etmək istəyən ali təhsilli hüquqşünasların sənədlərinin qəbulu müddətini avqustun 15-dək uzadıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR