Bank Of Baku

Dələduzluqda ittiham olunan müəllimə məhkəmə zalında həbs edilib

Dələduzluqda ittiham olunan müəllimə məhkəmə zalında həbs edilib
# 07 iyul 2008 13:24 (UTC +04:00)
Məhkəmədən APA-ya bildiriblər ki, prosesdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökm dəyişdirilib. Apellyasiya Məhkəməsinin qərarı ilə Rəşidə Əliyevaya 4 il azadlıqdan məhrumetmə cəzası verilib və o, məhkəmə zalındaca həbs edilib. Digər təqsirləndirilən şəxs barəsində olan hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İ. Sultanov 7 il müddətinə azadlıqdan məhrum edilmiş, R. Əliyevaya isə 3 il müddətinə şərti cəza verilmişdi. Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən hər iki şəxs 17 nəfərin pulunu dələduzluq yolu ilə mənimsəyərək ümumilikdə vətəndaşlara 500 min dollara qədər ziyan vurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR