Bank Of Baku

Kriminal aləmdə “Çeçen Süleyman” ləqəbi ilə tanınan avtoritet həbs olunub

Kriminal aləmdə “Çeçen Süleyman” ləqəbi ilə tanınan avtoritet həbs olunub
# 07 iyul 2008 14:02 (UTC +04:00)
Tolyatti-APA. “AvtoVAZ” şirkətində qanunsuz maşın alqı-satqısı əməliyyatları həyata keçirən cinayətkar qruplaşmanın rəhbərlərindən biri sayılan Süleyman Əhmədov həbs edilib. APA-nın məlumatına görə, kriminal aləmdə “Çeçen Süleyman” və “Bibi” ləqəbləri ilə tanına Süleyman Əhmədov “AvtoVAZ”ın sexlərindən birinin srücüsü Andrey Xamzinin qətlə yetirilməsi ilə bağlı istintaq çərçivəsində həbs olunub. Əməliyyatçılar onun evindəki gizli anbardan avtomat, tapança, əl qumbaraları, mina, çoxlu sayda sursat aşkarlayaraq götürüblər. Hələlik “Çeçen Süleyman”a qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işi başlanıb. İstintaqın gedişindən asılı olaraq ona qarşı yeni ittihamlar irəli sürülə bilər. Qeyd edək ki, Andrey Xamzin Tolyattidə şin istehsal olunan müəssisələrdən birinin direktorunun evində snayper tüfəngindən açılan atəşlə qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR