Bank Of Baku

Lənkəranda intihar hadisəsi baş verib

Lənkəranda intihar hadisəsi baş verib
# 07 iyul 2008 20:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran rayonunda intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Separadi kənd sakini, 1991-ci il təvəllüdlü Şəhriyar Bəxtiyar oğlu Canıyev bu gün səhər saatlarında qonşusunun evində özünü asıb. Onun meyiti axşamüstü aşkarlanıb.
Verilən məlumata görə, mərhumun psixolioji durumunda problemlər olub. Belə ki, o dəfələrlə bir müddətlik evdən gedib, sonra isə tapılaraq geri qaytarılıb. Sonuncu dəfə bir həftə öncə evi özbaşına tərk edən Ş. Canıyev dünən evə dönüb. Bu gün isə intihar edib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR