Bank Of Baku

Qadın ov tüfəngi ilə vurulub

Qadın ov tüfəngi ilə vurulub
# 08 iyul 2008 09:13 (UTC +04:00)
Oğuz. Hafiz Heydərov - APA. Oğuz rayonunda 35 yaşlı qadın naməlum şəraitdə ov silahı ilə vurulub. Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Kərimli kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Nərminə Cəmaləddin qızı Babayeva gecə saatlarında öz həyətində naməlum şəxslərin hücumuna məruz qalıb. O, “Toz-8” tipli ov silahından açılan atəş nəticəsində bel nahiyəsindən ağır yaralanıb. N. Babayeva təcili Bakı şəhərinə aparılıb. Cinayəti törədənin kimliyi hələlik məlum deyil. Oğuz Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR