Bank Of Baku

Masallı sakininin evindən silah-sursat tapılıb

Masallı sakininin evindən silah-sursat tapılıb
# 08 iyul 2008 09:53 (UTC +04:00)
Masallı. Ağəddin Babayev APA. Masallı rayonunun Qasımlı kənd sakini, 1935-ci il təvəllüdlü Fərman İsa oğlu Nuriyev rayon Polis Şöbəsinə müraciət edərək hazırda Rusiyanın Voronej şəhərində yaşayan kürəkəni, 1974-cü il təvəllüdlü Zaur Təvəkkül oğlu Mirzəyevin evindən oğurluq edildiyini bildirib. Rayon Polis Şöbəsi rəisinin vəzifəsini icra edən Rizvan Quliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, əməliyyat qrupu Qəribli kəndinə gedərək evə baxış keçirib. Baxış zamanı evdəki qızıl-zinət əşyalarının, 1500 ABŞ dolları məbləğində pul vəsaitinin və ev avadanlıqlarının heç də oğurlanmadığı məlum olub. Lakin evdən 1 ədəd süngü bıçağı, 1 ədəd nömrəsiz qandal, 1 ədəd sənədsiz ov tüfəngi, 20 ədəd patron, 37 ədəd avtomat gülləsi və içərisində 3 ədəd güllə olan “Naqan” tapançası aşkar olunaraq götürülüb. Evin sahibi Zaur Mirzəyevlə telefon əlaqəsi yaradılıb və o, aşkarlananların ona məxsus olduğunu təsdiqləyib. Faktla bağlı araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR