Bank Of Baku

Nizami və Qaradağ rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Nizami və Qaradağ rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 08 iyul 2008 10:02 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Dünən saat 17.30 radələrində Nizami rayonundakı Şərifli küçəsində, Bakı şəhər sakini Ceyhun Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı və Fikrət Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə F. Əliyevin həyat yoldaşı Nazilə Əliyeva ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralı orada dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırmalar aparılır. Dünən saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, qəsəbə sakini Yalçın Xəlilov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb. Qaradağ rayon Polis İdarəsi tərəfindən faktla bağlı araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR