Bank Of Baku

Lənkəranda ər arvadını, qonşu qonşusunu bıçaqlayıb

Lənkəranda ər arvadını, qonşu qonşusunu bıçaqlayıb
# 08 iyul 2008 11:43 (UTC +04:00)
L ənkəran. Ağaddin Babayev-APA. Lənkəranda iki bıçaqlanma hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) müstəntiqi Rövşən Rəşidovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Üzeyir Hacıbəyov küçəsi, döngə 1, ev 8 də yaşayan, 1952-ci il təvəllüdlü Sücəddin Həsənağa oğlu Kərimov ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1958-ci il təvəllüdlü Südabə Canəli qızı Kərimovanı bıçaqlayıb. S. Kərimova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən onun vəziyyətinin normal olduğu bildirilib.
Lənkəran rayonunun Liman şəhərində isə şəhər sakini, 1979-cu il təvəllüdlü Elşad Nəzir oğlu Nəzərov qonşusu Qafur Vahab oğlu İsmayılovu bıçaqlayıb.
Hər iki faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR