Bank Of Baku

Sel suları Şəkidə avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib

Sel suları Şəkidə avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib
# 08 iyul 2008 12:58 (UTC +04:00)
Şəki-Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın şimal-qərb bölgəsinə ötən gündən bəri yağan aramsız yağışlar bölgədə ciddi problemlər yaradıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, aramsız yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi qalxıb və avtomobil yolları bərbad hala düşüb. Çaylarda suyun səviyyəsinin qalxması Şəki rayonunda Kiş çayı kənarında olan beton bəndləri yararsız hala salıb. Bundan başqa aramsız yağan yağışlar nəticəsində əmələ gələn sel suları Yevlax-Balakən avtomagistralının 43-cü kilometrliyində, Şəki rayonunun Şorsu kəndi ərazisində avtomobil yolunu dağıdaraq yarğan əmələ gətirib. Sözügedən ərazidə nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Artıq ərazidə yaranmış problemin aradan qaldırılması istiqamətində iş aparılır. Aramsız yağışlar həmçinin bölgədə kənd təsərrüfatına da ciddi ziyan vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR