Bank Of Baku

Leysan yağışları şimal bölgəsində təsərrüfatlara ziyan vurub, kənd yolları qapanıb

Leysan yağışları şimal bölgəsində təsərrüfatlara ziyan vurub, kənd yolları qapanıb
# 08 iyul 2008 13:18 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva APA. Quba-Xaçmaz bölgəsinə qısa fasilələrlə güclü leysan yağışları yağıb. APA-nın şimal bürosunun məlumatına görə, Qusarçay və digər kiçik çaylarda suyun səviyyəsinin artması nəticəsində rayonun Əniq, Gündüzqala kəndlərini və ətraf kəndləri sel suları basıb. Yollar bağlandığı üçün kəndlərə gediş-gəliş kəsilib. Leysan şimal bölgəsində taxıl sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub. Güclü yağış biçilməmiş zəmiləri yatırıb, meyvələri yerə töküb. Rayon icra hakimiyyətləri və yerli bələdiyyə orqanları müvafiq tədbirlər görürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR