Bank Of Baku

Yanvar-iyun aylarında Naxçıvanda yol hərəkəti qaydalarının pozulmasına görə 7190 fakt qeydə alınıb

Yanvar-iyun aylarında Naxçıvanda yol hərəkəti qaydalarının pozulmasına görə 7190 fakt qeydə alınıb
# 08 iyul 2008 13:30 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Bu il Naxçıvan Muxtar Respublikası ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb. Naxçıvan MR Dövlət Yol Polisi İdarəsindən (DYPİ) APA-ya verilən məlumata görə, 2008-ci ilin yanvar-iyun aylarında muxtar respublika ərazisində baş verən yol qəzaları 11 nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olub. Cari ilin altı ayı ərzində regionda yol-hərəkəti qaydalarının pozulmasına dair 7190 fakt qeydə alınıb. Məsuliyyətə cəlb edilmələr ən çox - 2929 halda təhlükəsizdik kəmərindən istifadə edilməməsi ilə bağlı olub. Bundan əlavə 1128 sürücü sürət həddini aşdığına, 33 nəfər nişanın tələbini pozduğuna, 432 sürücü sükan arxasında telefonla danışdığına, 328 sürücü isə sərxoş vəziyyətdə avtomobili idarə etdiyinə görə məsuliyyətə cəlb olunub. Qeyd edək ki, hazırda MR üzrə 20 min 549 avtomaşın qeydiyyatdadır. Yanvar-iyun aylarında qeydiyyatda olan maşınların 51,2 faizi texniki baxışdan keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR