Bank Of Baku

Dəmir Gədəbəylinin pirat yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb

Dəmir Gədəbəylinin pirat yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb
# 08 iyul 2008 13:38 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bakı şəhərində və əyalətlərdə aparılan monitorinqlər nəticəsində Dəmir Gədəbəylinin qanunsuz yolla çoxaldılaraq satılan xeyli miqdarda kaset və diskləri aşkarlanıb. Bu barədə APA-ya Azərbaycan Müəllif Hüquqları Agentliyinin monitorinq şöbəsinin məsləhətçisi Camal Musayev məlumat verib. O bildirib ki, monitorinqlər 500-dək mahnı mətninin müəllifi olan D. Gədəbəylinin şikayəti əsasında aparılıb: “Onun mahnılarından ibarət pirat musiqi albomlarının daha çox Salyan və Lənkəran rayonlarında satıldığı müəyyənləşdirildi. Qeyri-qanuni yolla yayılan nüsxələr satış məntəqələrindən yığışdırılıb və hazırda faktla bağlı araşdırmalar aparılır”. C. Musayevin sözlərinə görə, monitorinqlər nəticəsində Ərşad Əzimzadənin 2002-ci ildə “Sabah” nəşriyyatında çap edilən “Möcüzəsiz möcüzə” kitabının saxta nüsxələri də satışdan yığışdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR