Bank Of Baku

“Rüşvətxorluq və başqa neqativ hallara qarşı vətəndaş nəzarəti şurası” üzvlərinin kassasiya şikayəti təmin olunmayıb

“Rüşvətxorluq və başqa neqativ hallara qarşı vətəndaş nəzarəti şurası” üzvlərinin kassasiya şikayəti təmin olunmayıb
# 08 iyul 2008 14:39 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə “Rüşvətxorluq və başqa neqativ hallara qarşı vətəndaş nəzarəti şurası” ictimai təşkilatının rəhbəri Şahin Mahmudov, qurumun Ağcabədi rayon nümayəndəliyinin rəhbəri Azər Cəfərov və Ağdam rayon nümayəndəliyinin rəhbəri Eldar Qasımovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdikləri kassasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxslərin kassasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, təqsirləndirilən şəxslərin vəkilləri kassasiya şikayətində cinayət işinə Şirvan Apellyasiya Məhkəməsində baxılmasını xahiş ediblər. Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunan E. Qasımov 11 il, CM-nın 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsi ilə ittiham olunan Ş. Mahmudov və A. Cəfərov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR