Bank Of Baku

Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin kassasiya şikayəti təmin olunmayıb

Adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin kassasiya şikayəti təmin olunmayıb
# 08 iyul 2008 14:50 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ali Məhkəmədə hakim Vidadi Həşimovun sədrliyi ilə qardaşını oğurlamaqda ittiham olunan Bəhram Məmmədov və digər dəstə üzvlərinin kassasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, məhkəmənin hökmü ilə Bəhram Məmmədov 11, Səid Məmmədov, Orxan Paşayev 6, Tahir Hüseynov və Anar Qafarov isə 5 il müddətində azadlıqdan məhrum ediliblər. İstintaq materiallarına əsasən, Bəhram Məmmədov qardaşı Məhərrəm Məmmədovu oğurlayaraq, pul tələb etmək qərarına gəlib. O, məqsədini həyata keçirmək üçün kürəkəni Tahir Hüseynov, oğlu Səid Məmmədov və onun dostları Orxan Paşayev və Anar Qafarovdan ibarət dəstə yaradıb. Onlar bir neçə gün izlədikləri Məhərrəm Məmmədovu 2006-cı il iyulun 29-dan 30-a keçən gecə saat 01.00 radələrində Novxanı kəndində su kanalının yaxınlığında oğurlayıblar. Dəstə üzvləri M. Məmmədovu Şüvəlandaki “Şimal DRESS” adlanan yerə gətirərək səhərə kimi saxlayıb və ondan 1 milyon ABŞ dolları tələb ediblər. Zərərçəkmiş 200 min dollar verməyə razı olduqdan sonra isə onu azad ediblər. Qeyd edək ki, B. Məmmədov, S. Məmmədov, T. Hüseynov, A. Qafarov və O. Paşayev Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan və ya digər ağır nəticələrə səbəb olmaqla törədildikdə), 145.3-cü (qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.3.3-cü (hədə-qorxu ilə tələbetmə zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda) maddələri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR