Bank Of Baku

Tərtərin bəzi kəndləri çəyirtkə sürülərinin hücumuna məruz qalıb

Tərtərin bəzi kəndləri çəyirtkə sürülərinin hücumuna məruz qalıb
# 08 iyul 2008 14:51 (UTC +04:00)
Tərtər-APA. Tərtər rayonunun qərb istiqamətində yerləşən kəndləri çəyirtkə sürülərinin hücumuna məruz qalıb. “Aqro” İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, çəyirtkə sürüləri həmin kəndlərin əkin sahələrinə ciddi zərər vurub. Mərkəzin mütəxəssislərinin fikrincə, təxirəsalınmaz tədbirlər görülməyəcəyi təqdirdə çəyirtkə sürülərinin yaxınlıqdakı digər yaşayış məntəqələrindəki əkin sahələrini də sıradan çıxara bilər: “Sürü halında hərəkət etmələri onlara qarşı mübarizəni çətinləşdirir. Buna baxmayaraq zərərvericinin daha çox müşahidə olunduğu sahələrdə kimyəvi mübarizə aparılması vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR