Bank Of Baku

Oğuzda 35 yaşlı qadını ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxs yaxalanıb

Oğuzda 35 yaşlı qadını ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxs yaxalanıb
# 08 iyul 2008 16:36 (UTC +04:00)
Oğuz. Hafiz Heydərov - APA. Oğuz polisi rayon sakini, 35 yaşlı Nərminə Babayevanı ov tüfəngi ilə vuraraq hadisə yerindən qaçan şəxsi yaxalayıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Polis Şöbəsinin rəisi İmaməddin Abbasov məlumat verib. Polis rəisi bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti Nərminə Babayevanın yaxın qohumu, 1952-ci il təvəllüdlü Hüseyn Mənsur oğlu Qədirovun törətdiyi müəyyən edilib və o, saxlanılıb. H. Qədirov ilkin dindirmə zamanı N. Babayevanı ov tüfəngi ilə vurduğunu və cinayət əməlini qısqanclıq zəminində törətdiyini etiraf edib. Faktla bağlı Oğuz Polis Şöbəsində Cinayət Məcəlləsinin 29-cu (cinayətə cəhd etmə), 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah və onun ehtiyat hissələrini əldə etmə və saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1973-cü il təvəllüdlü N. Babayeva iyulun 8-nə keçən gecə öz həyətində “Toz-8” tipli ov silahından açılan atəş nəticəsində bel nahiyəsindən ağır yaralanıb. Zərərçəkən Bakı şəhərinə aparılıb və hazırda onun vəziyyəti ağır olaraq qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR