Bank Of Baku

Azərbaycannın şimal bölgəsində sel nəticəsində bir neçə kəndlə əlaqə kəsilib

Azərbaycannın şimal bölgəsində sel nəticəsində bir neçə kəndlə əlaqə kəsilib
# 08 iyul 2008 19:52 (UTC +04:00)
Rayon İcra Hakimiyətinin nümayəndələri, fövqəladə hallar komissiyasının üzvləri ərazidədirlər.
Büronun məlumatına görə, rayon mərkəzində Ruhulla Axundov küçəsində də 6-7 evin zirzəmisini də su basıb. Bu evlərdən üçündə vəziyyət daha pisdir. Bu evlərin çokmə təhlükəsi var.
Xaçmaz rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun çay kənarlarındakı kəndləri nəzarət altındadır. Rayonda bütün müəssisələr gücləndirilmiş iş rejiminə keçiblər.
Quba rayonunda isə bir neçə kəndlə əlaqə tamamilə kəsilib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov deyib ki, Susayqışlaq, Nügədiqazmalar, Təngəaltı, Alpan kəndlərinə gedən körpülər dağılıb: “Xınalıq yolunda bir neçə körpü də dağılıb. Atuc kəndini su basma təhlükəsi var. Hazırda həmin ərazini nəzarətdə saxlayırıq. Texnikanın bir hissəsi burda gözləyir”. Y. Abidov onu da deyib ki, rayon mərkəzində yerləşən Gənclər qəsəbəsində Vəlvələçay məcrasından çıxıb. Ona görə də həm də bu ərazi nəzarətdə saxlanılır.
Rayonda bir neçə işıq dirəyini sel suları apardığından kəndlərə elektrik enerjisinin verilişində problemlər yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR