Bank Of Baku

Ağsu aşırımı bağlanıb

Ağsu aşırımı bağlanıb
# 08 iyul 2008 20:20 (UTC +04:00)
Şamaxı. Hafiz Heydərov-APA. Dünəndən başlayan yağışlar Azərbaycanın şimal-qərb bölgəsində problemlər yaradıb. APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında yağışların leysan xarakteri alması Şamaxı rayonunda problemlər yaradıb. Hadisə nəticəsində küçələri su basıb, təxminən 50-60 evin zirzəmisi su altında qalıb, magistral və rayondaxili yollarda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Şamaxı rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin bölgədəki bütün xidmətləri əraziyə cəlb olunublar. Hazırda küçələrdə və evlərin zirzəmilərində suların çəkilməsi prosesi aparılır.
Rayon mərkəzinə yaxın ərazilərdə və avtovağzalda bir neçə maşın su altında qalıb. Artıq həmin maşınlar xilas edilib, xəsarət alan olmayıb.
Şamaxı Mərkəzi rayon Xəstəxanasının zirzəmisinə də sel suları yığılıb.
Hazırda ərazidə yenidən intensiv yağış başlayıb. Şamaxı RİH-dən onu da bildiriblər ki, yağışlar və sel suları ilə bağlı Ağsu aşrımında nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR