Bank Of Baku

Gəncədə saxta şəxsiyyət vəsiqələri ilə bankdan külli-miqdarda kredit götürən qadın həbs olunub

Gəncədə saxta şəxsiyyət vəsiqələri ilə bankdan külli-miqdarda kredit götürən qadın həbs olunub
# 09 iyul 2008 07:29 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə saxta sənəd düzəldən şəhər sakini həbs olunub. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, 37 yaşlı Zəkiyyə Sevindik qızı Həmzəyeva saxta sənədlər hazırladığına görə saxlanıb. Saxlanan şəxsin uzun müddət vətəndaşları aldadaraq onlara saxta şəxsiyyət vəsiqəsi və ölüm kağızı verdiyi ehtimal olunur. İstintaq orqanları hələlik 5 nəfərə saxta şəxsiyyət vəsiqəsi və 1 nəfərə isə ölüm kağızı verildiyini müəyyənləşdiriblər. Bundan başqa Zəkiyyə Həmzəyevanın hazırladığı saxta vəsiqələrlə bankdan külli-miqdarda kredit götürdüyü də müəyyənləşib. Faktla bağlı Cinayət Məcəlləsinin 320.1 və 178-ci maddələri ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR