Bank Of Baku

Qaxda milliyyətcə gürcü olan rayon sakinini qətlə yetirən şəxs yaxalanıb

Qaxda milliyyətcə gürcü olan rayon sakinini qətlə yetirən şəxs yaxalanıb
# 09 iyul 2008 08:51 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Qaxda milliyyətcə gürcü olan rayon sakinini qətlə yetirən şəxs həbs edilib. Rayon Polis Şöbəsinin rəis müavini Məmməd Malıyevin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, polis 5 gün əvvəl baş vermiş ağır cinayət hadisəsinin üstünü açıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaxingiloy kəndində milliyyətcə gürcü olan Qoqita Kaşaşvilini bıçaqlayaraq qətlə yetirən digər kənd sakini, 1987-ci il təvəllüdlü Otaraşvili İmeda Valikoyeviç saxlanılıb. İ. Otaraşvili ilkin dindirmə zamanı Q. Kaşaşvilini bıçaqla qətlə yetirdiyini etiraf edib və cinayət əməlini sərxoş vəziyyətdə törətdiyini bildirib. Faktla bağlı Qax Polis Şöbəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Q. Kaşaşvili 5 gün əvvəl yaşadığı Qaxingiloy kəndində toy mərasimindən çıxarkən bıçaqlanaraq qətlə yetirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR