Bank Of Baku

Leysan yağışları Lahıcda 220 metr uzunluğunda su bəndini yararsız hala salıb

Leysan yağışları Lahıcda 220 metr uzunluğunda su bəndini yararsız hala salıb
# 09 iyul 2008 10:07 (UTC +04:00)
İsmayıllı. Hafiz Heydərov-APA. Bu gecə Azərbaycanın şimal-qərb bölgəsinə yağan leysan yağışları İsmayıllı rayonuna da ciddi ziyan vurub. İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Rafael Əhmədovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, yağışlar nəticəsində Lahıc kəndi ərazisində Girdiman çayı üzərində olan 220 metr uzunluğundakı beton bənd yararsız hala düşüb. Kəndin əkin sahələrini sel suları yuyub aparıb, magistral və rayon daxili yollar dağılıb, ucqar kəndlərə gediş-gəliş məhdudlaşdırılıb. R. Əhmədov rayona dəymiş ümumi ziyanın bir milyon manata çatdığını bildirib. Hazırda rayonda olan təbii fəlakətin nəticələrini aradan qaldırılması istiqamətində iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR