Bank Of Baku

Aqil Xəlili bıçaqlayanın məhkəməsində prokuror çıxış edəcək

Aqil Xəlili bıçaqlayanın məhkəməsində prokuror çıxış edəcək
# 09 iyul 2008 10:29 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə xəsarət yetirməkdə təqsirləndirilən Sergey Strekalinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, proses başlanan kimi Aqil Xəlilin vəkili Elçin Sadıqov Sergey Srekalinə məxsus olan telefona baxış keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra hakim cinayət işində olan sənədləri elan edib, bununla da məhkəmə istintaqı yekunlaşıb. Hakim Şahin Abdullayev çıxış üçün dövlət ittihamçısı Eldar Həmzəyevə söz verib. Prokuror məhkəmədən çıxış üçün vaxt istəyib. Proses iyulun 14-nə qədər təxirə salınıb. Qeyd edək ki, S. Strekalin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) maddələri ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR